Rəhimdən danışan Aygün Kazımova: "Sonuncu dəfə ona dünən yazmışdım" - VİDEO

"Gözəl layihələr planlaşdırmışdıq, yeni mahnı almışdıq. Sıx əlaqədə idik. Demişdi ki, imicimi dəyişmişəm, daha yaraşıqlı olmuşam. Ürəyində arzuları getdi. Çox böyük arzuları var idi. Hər gün yazışırdıq. Sonuncu dəfə ona dünən yazmışdım. Ona "günaydın, aşkım" yazdım. Yazmayanda bilirdim ki, məşğuldur".
Bunu BAKU.WS-ə açıqlamasında Xalq artisti Aygün Kazımova deyib.
Dostu Rəhimin vəfatı üçün kədərlənən ifaçı onun xəstəliyindən bir dəfə də olsun danışmadığını, hər zaman pozitiv insan olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, hazırda mərhumun evində onunla vida mərasimi keçirilir.
Xatırladaq ki, sənətçi ürək tutmasından vəfat edib. O, uzun müddət idi sirrozdan əziyyət çəkirdi. 43 yaşlı Rəhim Rəhimli bu gün saat 12-də Bülbülə qəsəbəsində torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Rəhim Rəhimlinin anası: "Mənə dağ çəkdin, bala" - FOTO
"Mənə dağ çəkdin bala, həmişə deyirdin ana nə lazımdır, sənə nə alım? Deyirdim Rəhim heçnə lazım deyil. Məni yaman günə qoydun. Kaş mən də ölərdim. Məni yanına...
