Şəmkirdə avtomobilin vurduğu məktəbli xəstəxanada öldü

Şəmkirdə avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Hadisə 43

Şəmkir rayonunda avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər