SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonu Velədi kənd sakini itkin düşüb.

BAKU.WS xəbər verir ki, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxıb və geri dönməyib.

Yaxınları onun 5 aylıq hamilə olduğunu bildirir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qadının tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

BAKU.WS