Bakıda xuliqanlıq hadisəsi baş verib.

BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü Ocaqverdiyeva Nərmin Eldost qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, üzdən tanıdığı oğlan onu döyüb.

16 yaşlı qız əlavə edib ki, hadisə saat 20 radələrində Ü. Hacıbəyov küçəsi 66-nın qarşısında baş verib.

N.Ocaqverdiyeva onu döyən şəxsin adının Elçin olduğunu və onu üzdən tanıdığını deyib. Araşdırma aparılır.