Ötən gün Bakının Maştağa qəsəbəsində 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.
Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
Qəza nəticəsində həyatını itirənlərdən Sevgi Rəsulova eyni zamanda Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi olub.
Onun fotosunu təqdim edirik:
BAKU.WS