“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi
Hadisə 209

"Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Oxşar xəbərlər

Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib

Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib

Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib. BAKU.WS xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, müasir dövrdə ölk...

99 Hadisə 16:01 21 dekabr 2021

Son xəbərlər