Bakı metrosunda həyəcanlı anlar - Bir kişi... - VİDEO

Bu gün Bakı metrosunda gərgin anlar yaşanıb.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, Elmlər Akademiyası stansiyasında qatarı gözləyərkən bir nəfər platformadan qatar yoluna düşüb və qaçmağa başlayıb.
Daha sonra həmin vətəndaş polislər və digər vətəndaşlar tərəfindən qatar yolundan çıxarılaraq vaqona mindirilib.
Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib ki, sərnişin stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.
"Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və vaxtında qəbul etdiyi qərarla sərnişin saxlanılıb. Qatara mindirilərək, "İnşaatçılar" stansiyasına aparılıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır".
Qeyd edək ki, qatarların hərəkətində ciddi yubanma olmayıb və problem qısa müddətdə aradan qaldırılıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...