16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.
Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə VAZ-2107 markalı minik avtomobili ilə toy məclisindən evə qayıdırkən idarəetməni itirərək, maşını yol kənarındakı su kanalına aşırıb. Hadisə zamanı zərbənin təsirindən yeniyetmə avtomobilin ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən ölüb.
Mərhumun anası məhkəmədə hadisəni törətmiş qardaşından şikayətçi olmadığını bildirib.
Astara Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....