16 yaşlı qızı qaçıranlardan biri saxlanıldı

24
sen
2019
12:32
Goranboy rayonun Hazırəhmədli kəndində 16 yaşlı Elvina Məmmədova adlı qızı qaçıran şəxlərdən biri saxlanılıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə İlqar Ələmşah oğlu Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobillə saxlanılıb.Bildirək ki, hadisə sentyabr ayının 17-də baş verib. Azyaşlını qaçıranlar yeznə-qayındırlar.Onlardan biri rayonun Hazırəhməli kəndində digəri isə Ağamalıoğlu kəndindəndir.Səbəb 16 yaşlı Elvinanı fiziki qüsurlu övladı ilə evləndirmək olub. Hazırda qızın yeri və bu cinayətdə iştirak edən fiziki qüsurlu oğlanın atasının isə yeri məlum deyil.Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda məktəbli qızı qaçırdılar
Goranboy rayonunda azyaşlı qız qaçırılıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. İlkin məlumata gör...