Gəncədə içki istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTO

Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkar olunub.
Bu barədə BAKU.WS-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən fiziki şəxs Mustafayev Mübariz Müşviq oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu, həmçinin istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və etiket məlumatlarında məhsulun saxlama müddətinin heç bir əsas olmadan 180 gün qeyd edildiyi aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Qanunsuz fəaliyyət göstərən limonad və spirtli içkilərin istehsalı müəssisəsi aşkarlanıb - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində...
