SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabran rayonunda meşəlik ərazidə yanğın baş verib.

Hadisə yerinə ezam olunan BAKU.TV əməkaşı yanğının Şabran rayonu Zeyvər kəndinin yaxınığına qədər keçdiyini deyib.

Bildirilib ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bilikdə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları da əraziyə cəlb olunublar.

Şabran rayon icra hakimiyyətinin əməkdaşı İlkin Ağayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə kənd sakinləri də yanğının söndürülməsində iştirak edir.

Daha ətraflı BAKU.TV-nin süjetində:

***19:32

Şabran rayonunda bir neçə gün əvvəl başlayan yanğın davam edir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, yanğın artıq rayonda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığına çatıb. Yanğının hotelə keçməməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hotelin əməliyyatlar üzrə meneceri Samir Əliyev BAKU.TV-yə açıqlamasında soyuqqanlılıq nümayiş etdirərək heç bir təşvişə ehtiyac olmadığını deyib.

“Hotelin qonaqları da, işçilər də yerindədir. Hər şey qaydasındadır”, - deyə o əlavə edib.

BAKU.WS
VİDEO