Şamaxıda avtomobil aşıb, ölən və yaralananlar var

Şamaxıda avtomobil aşıb, ölən və yaralananlar var
Hadisə 173

Şamaxı rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə avqustun 14-ü saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acidərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb. Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb.

Digər sərnişinlər, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər