Bakıda Almaniya səfirliyinin 1-ci katibi qəzaya düşdü

Bakıda səfirlik avtomobili qəzaya düşüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...
