SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.

Digər bir məlumata görə, Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.

O, iki il əvvəl Liviyada girov götürülüb. Bir neçə gün əvvəl girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb.

Fərid Əliyevin psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırılma aparılır.

BAKU.WS