İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə: ÖLƏN VAR

06
avq
2022
13:33
Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.
Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.
İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bakıda sevdiyi qızı bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Pərviz Paşapurun cinayət işinə baxılıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Y...