SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda dəhşətli qəza baş verib. Сəlilabadda baş verən ağır qəzada bir ailənin 2 üzvü dünyasını dəyişib, digər iki üzv isə ağır yaralanıb.

 

BAKU.WS-in məlumatına görə, hadisə Cəlilabad-Cəngan avtomobil yolunun Suluçeşmə kəndindən keçən hissəsində baş verib. Rayon sakini Firdovsi Məlikov VAZ-2107 markalı avtomobili ilə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib. Atomobil bir neçə dəfə fıqlanaraq yol kənarına düşüb. Nəticədə sürücü və onun 7 aylıq övladı dünyasını dəyişib. Firdovsi Məlikovun həyat yoldaşı Təranə Məlikova və digər azyaşlı övladı Kəmaləddin Məlikov yaralı halda Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti orta ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Azad Əliyev 

BAKU.WS