SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


BAKU.WS
-in məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən 141 km-də baş verib.


Cəlilabad rayon Alar kənd sakini Zaur Ataxan oğlu Əliyev sükanı arxasında olduğu "Prado” markalı minik maşını ilə Bakı istiqamətində hərəkət olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb.


Nəticədə maşında olan sərnişin dünyasını dəyişib. Sürücü isə yaralı halda Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün paytaxta gətirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad

BAKU.WS