VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Reyd zamanı gərgin anlar yaşanıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayonunun yol polisləri növbəti dəfə reyd keçirib. Yoxlamalar zamanı əsas hədəf sükan arxasında sərxoş və sənədsiz əyləşən sürücüləri müəyyən etmək olub.

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları budəfəki reydi Gəncə-Toğanalı avtomobil yolunda keçiriblər. Reyd zamanı avtomobillərin konstruksiyasına qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan sükan arxasında əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan yoxlamalar zamanı xeyli sayda avtomobil saxlanılıb. Onların əksəriyyətində yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib.

Reyd zamanı polislərlə sürücülər arasında gərgin anlar da yaşanıb.

Ümumilikdə 20 sürücü barəsində inzibati tədbir görülüb. Bu cür reydlərin mövsümün sonunadək mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
 
]