VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyulun 24-ü saat 15 radələrində Bilgəhdə yolu keçmək istəyən qadın piyadanı Bakı şəhər sakini S.Bəhlulovun idarə etdiyi “KİA Rio” markalı avtomobil vuraraq öldürüb.

Qəza nəticəsində piyada Təranə Muradova hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***09:14

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, Bilgəh yolunda yolu keçmək istəyən qadın piyadanı "KİA Rio" markalı avtomobil vuraraq öldürüb.

Hadisə zamanı həyatını itirən şəxsin Muradova Təranə olduğu iddia edilib.

BAKU.WS
VİDEO