Bakıda 3 nəfəri avtomobil vurub: Vəziyyətləri ağırdır

Bakının Xətai, Xəzər və Nərimanov rayonlarında avtomobil qəzaları zamanı üç piyada ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisələrin hər üçü yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.
Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.
Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.
Bakı Nəqliyyat Agentliyinin qarşısında - yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması, sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
