İcra başçısının müavini tərəfindən döyüldüyü deyilən yeniyetmə qızın anası DANIŞDI - YENİLƏNİB - FOTO

İcra başçısının müavini tərəfindən döyüldüyü deyilən yeniyetmə qızın anası DANIŞDI - YENİLƏNİB - FOTO
Hadisə 440

Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb.

BAKU.WS xəbər verir ki, o, hadisə ilə bağlı anews.az-a açıqlama verib.

“Qızım icra başçısının qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib, heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə, bu, ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməz”, - şagirdin anası Ləman xanım bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.

“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, - qurumdan məlumat verilib.

***11:46

Azərbaycanda icra hakimiyyəti başçısının müavini və məktəb direktorunun məktəbli qıza şiddət göstərdikləri iddia edilir.

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:

“Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər”.

Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, məsələ araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Son xəbərlər