SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə ağır yol qəzası baş verib.

9 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Gəncə avtovağzalının yaxınlığında "Kamaz”la toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunun sürücüsü ağır xəsarət alıb. Sıxılmış vəziyyətdə qalan sürücü hadisə yerinə cəlb olunmuş FHN xilasediciləri tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və xəstəxanaya çatıdırlıb.

Faktın araşdırılmasına başlanılıb. (Region TV)
 
BAKU.WS