Şadlıq sarayının qarşısında maşınları vurub, hadisə yerindən qaçdı - VİDEO

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.
BAKU.WS APA-ya xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.
“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisəni törədən “Hyundai”-ın sürücüsü ərazidən uzaqlaşıb.
Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
