13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
ABŞ-da 14 il əvvəl baş verən 11 sentyabr hadisələri ilə əlaqədar olaraq Amerika prezidenti Barak Obama, həyat yoldaşı Mişel Obama və digər şəxslərin şəxsi məlumatları oğurlanıb.

BAKU.WS-in məlumatına görə, İŞİD xakerləri Barak Obamanı və digər şəxsləri təhdid ediblər.

Məxfi məlumatlar içində Barak Oabmanın və həyat yoldaşının şəxsi telefon nömrələri, mail adresləri və digər məlumatlar yerləşdirilib.

Kiber hücum həyata keçirən "İslamic Kiber Army" təhdidlər edərək bildirib ki, çox sayda vacib və məxfi məlumatlar da oğurlanıb: "Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetə yerləşdirəcəyik".
 
Qeyd edək ki, ABŞ-da 14 il əvvəl baş verən 11 sentyabr hadisələri ilə əlaqədar olaraq Azərbaycanda fəaliyyət göstərən özəl banklara kiber hücum təşkil olunub. "Amrahbank"ın rəsmi saytı dağıdılıb. Saytın əsas səhifəsində Usame bin Ladenin fotosu, ərəb və ingilis dilində mesaj yayımlanıb.
 
Kiber hücum həyata keçirən "İslamic Kiber Army" təhdidlər edərək bildirib ki, çox sayda banklar, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb: "Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik".