VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəranda vəfat etmiş şəxsin meyiti xəstəxanadan qaçırılıb.

BAKU.WS "Report"a istinadən bildirir ki, rayonun İstisu qəsəbəsindən olan 1968-ci il təvəllüdlü yerli sakin Əliyev İlham Şahüseyn oğlu ötən gün axşam saatlarında epilepsiya tutması adı altında xəstəxanaya daxil olub.

Lakin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmayıb. Bundan xəbər tutan qohumlar meyiti xəstəxanadan qaçırmaq istəyiblər. Onların şübhəli hərəkətləri barədə polisə məlumat verilib və meyitin olduğu avtomobil saxlanılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.

Xəstəxananın həyətində olan kənd sakinlərindən bəziləri ölən şəxsin içkili halda kənddə dava etdiyini bildiriblər.

Ölümün hansı səbəbdən və hansı şəraitdə baş verdiyi aparılacaq tibbi ekspertizanın rəyindən, eləcə də prokurorluğun araşdırmasından sonra məlum olacaq.
 
BAKU.WS