Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu

28
may
2022
10:21
Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, məhkəmə zalında həbs olunub.
Verilən məlumatda Z.Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.
Qeyd edək ki, “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun “sağ əli” olub.
Oxşar xəbərlər
Nəcməddin Sadıkov qəza törədib və cərimələnib
Azərbaycan müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib. BAKU.WS...
