SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin Bingöl şəhərində terror aktı törədilib.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 5  polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
BAKU.WS