SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yerevanda post-patrul xidməti alayını ələ keçirmiş silahlı qruplaşmanın bütün üzvləri təslim olsalar da etirazçılar mübarizələrini hərbi əsir kimi davam etdirəcəklərini bildiriblər.

Silahlı qrupun üzvlərindən Varujan Avetisyan qan tökülməsini istəmədikləri üçün təslim olduqlarını deyib. O, qeyd edib ki, polis etirazçıları hər cür təxribata sürükləyirdi: "Biz mübarizəmizi hərbi əsirlər kimi davam etdirəcəyik. Biz siyasi məhbus yox, hərbi əsirlərik. İki variantımız var idi: ya polis və hərbçilərlə döyüşə başlamalı, ya da qan tökülməsinə yol verməyərək hərbi əsir statusunda qalmalı idik. Bizim üçün hərbi əsir statusunda olmaq ağır qərardır”.

Varujan Avetisyan onu da bildirib ki, Sarkisyan rejiminə qarşı mübarizəni bundan sonra da davam etdirəcəklər. O deyib ki, baş verən qiyamdan sonra Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkirlər, maşınlar və piyadalar yoxlanılır. Etirazçılardan biri özünü yandırmağa cəhd edib. Bir sözlə, vəziyyət gərgin olaraq qalır.
 
BAKU.WS