SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda avtobusdan yıxılan şəxs ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu” markalı avtobusdan yıxılıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.

Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.
 
BAKU.WS