Sərhədçimiz təxribat törətmək istəyən erməni diversantı ələ keçirdi

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
DSX ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıb
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 3...
