84 yaşlı kişi intihar etdi

Ağdaş rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Qarağan Sədi kənd sakini 1938-ci il təvəllüdlü Orucov Şahmurad Həsən oğlu bu gün səhər saat 8:00 radələrində yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Ş.Orucovun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...
Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az” say...
