SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, N.Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.
 
BAKU.WS