SİZİN REKLAM BURADA!
055 213 76 73


 

SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.
 
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, bu gün Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində "Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sırğortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.
 
O, aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
 
BAKU.WS