SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuz rayonunda 11-ci sinif şagirdi güllə ilə vurulub. 

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən Qalaboyun kənd sakini, 1999-cu il təvəllüdlü Məqsəd Əmiraslanov baş nahiyəsindən aldığı güllə yarasına xarakterik xəsarətdən dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları 17 yaşlı gəncin ölümünün dəqiq səbəblərini araşdırır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
XXX
 
Tovuzda törədilən qətlin bəzi təfərrütaları məlum olub.
 
Qalaboyun kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, hadisə kəndin yaxınlığındakı örüş sahəsində qeydə alınıb.
 
10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib.
 
Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS