Gənc qız Bulvarda selfi çəkərkən dənizə düşdü (VİDEO)

Gənc qız Bulvarda selfi çəkərkən dənizə düşdü (VİDEO)
Video
Hadisə 3769

Gənc qız selfi çəkdirmək istəyərkən dənizə düşüb.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, hadisə saat 14:30 radələrində Dənizkənarı Milli Parkda baş verib. Selfi çəkdirmək üçün dəmir sədlərin üzərinə çıxan qız yıxılaraq, dənizə düşüb.

Dövlət Sularda Xilasetmə Xidmətinin köməyi ilə qızı dənizdən çıxarıblar. Hadisə yerinə təcili tibbi yardım xidməti gələrək gənc qızı xətəxanaya aparıb.

Ətrafda olanlar dənizə düşən qızın halsız vəziyyətdə olduğunu bildiriblər.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə ans press-ə verdiyi açıqlamada bunu intihara cəhd kimi dəyərləndirib:

"Özünü dənizə atan qızın təxminən 18 yaşı olardı. Onu dərhal xilas edə biliblər. Hadisə yerinə gələn təcili yardım maşını vasitəsi ilə xəstəxanasına aparılıb. Gənc qızın vəziyyətini ağır idi”.

BAKU.WS 

Oxşar xəbərlər

Paytaxt sakini "Bulvar"da intihara cəhd etdi

Paytaxt sakini "Bulvar"da intihara cəhd etdi

Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. B...

2023 Hadisə 14:51 07 dekabr 2015

Son xəbərlər