Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

Jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda qərar elan elan olunub.
Qərara əsasən, jurnalist tərəfindən verilmiş şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib.
Xatırladaq ki, Ülviyyə Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib.
Xüsusi ittihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.
Oxşar xəbərlər
DİN-dən Bəxtiyar Hacıyevin polisə çağırılması ilə bağlı AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polisə çağırılmasının səbəbini açıqlayıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov BAKU.WS-ə bildirilib...