SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyən etməyib. Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının və çamadanlarının içərisində gömrük nəzarətinə bəyan edilməyən, qızıl zərgərlik məmulatları -10 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti, 8 ədəd sırğa-üzük dəsti, 6 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-qolbaq-dəsti, 1 ədəd qolbaq-kulon dəsti, həmçinin 5 ədəd qolbaq, 5 ədəd üzük, 2 ədəd sancaq və 1ədəd kulon aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkarlanan predmetlərin ümumi çəkisi 949,51 qram olan 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS