SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Mosulda İŞİD terror təşkilatı tərəfindən seks köləsi kimi istifadə edilən iraqlı qadın təşkilatın komandirlərindən birini öldürüb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə 3 gün əvvəl baş verib. İŞİD tərəfindən 3 ay əvvəl əsir alınan qadın işgəncələrə və əziyyətlərə dözə bilməyib. İraqlı qadın onunla intim münasibətdə olmaq istəyən Əbu Ənəs adlı İŞİD komandirini öldürüb. 

Komandirin hansı şəkildə öldürüldüyü və ya qadının başına nə iş gəldiyi barədə hələlik dəqiq məlumatlar verilmir. Ancaq bəzi məlumatlara görə, qadın yezidi kürdü olub. 
 
BAKU.WS