SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Kürdəmir rayonunda 14 yaşlı yeniyetmə qətlə yetirilib.

 

Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanovun BAKU.WS-ə verdiyi məlumata görə, dünən gündüz saatlarında Ərəbqubalı kəndində yaşayan 2001-ci il təvəllüdlü İzzət Babayevin meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri olub. Onun vəhşicəsinə qətlə yetirildiyi məlum olub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra cinayətkar və cinayətin səbəbi tam dəqiq məlum olacaq.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Ziya Səccad
BAKU.WS