VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

O bildirib ki, Abşeron rayonunun və Xırdalan şəhərinin elektrik təchizatına olan tələbatı tam ödənilib:

"Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.

Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib", - açıqlamada bildirilib.

BAKU.WS