SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam saatlarında Bakıda güllələnərək öldürülən dünya çempionu Zaur Yusifov dəfn edilib. 

BAKU.WS-in Kriminalqafqaz-a istinadla məlumatına görə, o, Binəqədi qəsəbəsində torpağa tapşırılıb. 

Dəfndə onun ailə üzvləri, qəsəbə camaatı və idmançı dostları iştirak ediblər.

*** 09:37

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

***09:17

Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.

BAKU.WS xəbər verir ki, Qafqazinfo qətlin baş verdiyi yerdən fotolar əldə edib.

Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.

BAKU.WS
QALEREYA