SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının faciəli ölümü ilə nəticələnən hadisənin ilkin təfərrüatı məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, mənzilə quraşdırılmış təhlükəsizlik kamerasının yaddaş kartına baxış keçirilərkən məlum olub ki, yanğın mətbəxdə yerləşən və elektrik xəttinə qoşulu vəziyyətdə saxlanılmış mikrodalğalı sobanın qısaqapanma nəticəsində alışması nəticəsində baş verib. Bu zaman yatmış olan ev sakinləri xəbər tutana kimi ev alovlanaraq yanıb.

Yanğın zamanı mənzilin elektrik sitemi sıradan çıxdığından evin giriş-çıxış qapısı bloklanaraq kilidləndiyindən açılmayıb. Belə ki, pəncərələrə quraşdırılmış dəmir barmaqlıqlar üçün möhkəm olduğundan sakinlər yanan evi tərk edə bilməyiblər.

Qeyd edək ki, 2014-cü ildə qarət maskalı şəxs evə basqın edərək Ə.Əliyevə xəsarət yetirdiyindən o, təhlükəsiz tədbirləri görmüşdü. Bu, ev sahiblərinin yanan mənzili tərk etmələrinə imkan verməyib.

Qeyd edək ki, hadisə zamanı ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı Ə.Əliyev və E.Əliyevanın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

***09:54

Salyanda fərdi evdə dəhşətli yanğın olub. Yanğın qısa zamanda genişlənərək qonşuluqdakı evə də keçib. Hadisə nəticəsində yanğının başladığı evin sahibləri ölüblər.

Yanğın baş verdi, iki nəfər yanaraq öldü. Hadisə Salyan rayonun Aşağı Kürkəndi kəndində qeydə alınıb.

Kənd sakini, 69 yaşlı Əliyar Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Əhatə dairəsi genişlənən yanğın qonşuluqdakı Şahin Hüseynovun da evinə keçib. Hər iki yanğın söndürülüb. Buna baxmayaraq hər iki ev yanaraq yararsız hala düşüb.

Yanğın yerinə keçirilən baxış zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Qeyd edək ki, Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi. 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.

BAKU.WS
VİDEO