SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının iki rayonunun müəyyən hissələrinə içməli suyun verilməsində fasilə yaranıb.

“Azərsu ASC”dən BAKU.WS-ə verilən məlumata görə, buna səbəb su kəmərində baş vermiş qəzadır.

Qeyd olunub ki, qəza ilə əlaqədar Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb.

"Azərsu" ASC-nin qəza briqadaları hadisə yerində işləyir.

BAKU.WS