SİZİN REKLAM BURADA!
055 213 76 73



TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.

"3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov qaldıq. Qollarımızı arxadan bağlamışdılar. Bizi təhqir edirdilər. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", - deyə aparıcı bildirib.
 
BAKU.WS