VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə daxil olan məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomildə sıxılı vəziyyətdə qalması müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.

BAKU.WS
VİDEO