SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağcabədi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS