SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda zavodda fəhlə yıxılaraq ölüb, cinayət işi açılıb.

Bu barədə BAKU.WS-ə Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS