Bakıda yarımtikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.
FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.
***12:53
Bakıda yarımtikilidə güclü yanğın başlayıb.
BAKU.WS-in məlumatına görə, yanğın Rusiya Səfirliyinin yaxınlığında yerləşən yarımtikilidə baş verib.
Yanğının səbəbi məlum deyil.
BAKU.WS