Jurnalist Mahir Xəttaba hökm oxundu

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.
Xatırladaq ki, M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, M.Ələkbərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.
Oxşar xəbərlər
Ramiz Göyüşovu şantaj edən sayt rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Vəzifəli şəxsə hədə-qorxu gələrək onun pul vəsaitini ələ keçirən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Pro...