SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İngiltərənin "Sunday Express" qəzeti yeni şok iddia ilə çıxış edib.
 
BAKU.WS-in məlumatına görə, nəşr minlərlə İŞİD terrorçusunun sığınacaq axtaran şəxslər qismində Avropaya girdiyini yazıb.

Qəzetin bir İŞİD-çi casusa istinadla yaydığı məlumatda görə, təxminən 4 min terrorçu insan qaçaqçıları tərəfindən "günahsız immiqrantlar" arasında Avropaya soxulub.
 
Gizli əməliyyatın müvəffəqiyyətlə nəticələndiyini ifadə edən İŞİD-çi casus minlərlə silahlı terrorçunun Türkiyə sərhədindən Avropa ölkələrinə göndərildiyini iddia edib. İŞİD-çi casus təşkilatın bütün dünyada xilafət qurmaq istədiyini və məhz buna görə belə bir addım atıldığını bildirib. 
 
ŞAHİN Həbibov
BAKU.WS